Menu

Parisdə etirazlar yenidən qızışıb - VİDEO

01.12.2018, 20:53
Parisdə etirazlar yenidən qızışıb - VİDEO

Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.

Bu barədə "Report" BFMTV-yə istinadla xəbər verir.

Xəbərdə bildirilir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib.

Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol