Menu

“Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb - VİDEOLAR

02.12.2018, 10:49
“Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb - VİDEOLAR

Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib. Aztoday.az xəbər verir ki, xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib. Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib. Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil.

Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol