«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ata Corc Buşun ölümqabağı son sözləri oğlu Buşa məhəbbətinin etirafı olub. Bu barədə «The New York Times» qəzeti yazıb.
Nəşrin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) 41-ci prezidenti ölümündən bir neçə saat əvvəl oğlu Buşla telefonla danışıb. Oğlu ona yaxşı ata olduğunu və onu dünyalarca sevdiyini deyib. Ata da oğlunu çox sevdiyini etiraf edib.
O da məlum olub ki, noyabrın 30-da cümə günü sabiq dövlət katibi Ceyms Beyker ölüm ayağında olan xəstəyə baş çəkib və onu ağlı üstündəykən «yaxalaya» bilib.
«Biz, hara düşəcəyik, Beyk?» - deyə, eks-prezident soruşub. «Cənnətə!» - cavabını eşidərkən, ata Buş məhz ora düşmək istədiyini etiraf edib.
ABŞ-n eks-prezidenti ata Corc Buş noyabrın 30-da 94 yaşıda vəfat edib. Onun arvadı Barbara Buş isə aprelin 18-də 92 yaşında vəfat edib. Məhz arvadının ölümündən sonra ata Buşun sağlıq durumu kəskin pisləşib.


Şərhlər