Böyük Britaniya Kerç boğazında Ukrayna gəmilərinin saxlanılması ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi zəruriliyi ilə razıdır.
"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Tereza Mey İcmalar Palatasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Britaniya Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya rejiminin gücləndirilməsi məsələsində öndə olub.
"Bu, Rusiyanın yeganə təcavüzkar davranış nümunəsi deyil. Onlar dənizçiləri azad etməli, vəziyyəti sabitləşdirməlidirlər", - deyə baş nazir bildirib. O, qeyd edib ki, bu insidenti Argentinada keçirilən G20 sammitində iştirak edən bir neçə ölkənin liderləri ilə müzakirə edib.


Şərhlər
Nə zaman Müsəlman dünyasına təcavüz edən,Qüdsü İsrailin paytaxtı kimi,Kosovanı müstəqil dövlət kimi tanıyan,bütün dünyanı NATO ilə təhdid edən,Azərbaycan torpaqlarını işğal edən Ermənilərə Yardım edən,bir Azərbaycana qarşı 907 saylı düzəliş tətbiq edən imperialist ABŞ-a qarşı sanksiya tətbiq edəcəksiniz.ABŞ NATO-sunu götürüb Avropadan cəhənnəm olsa hər şey düzələr.Bilirəm mənlə razılaşmayanlar çox olacaq.Ancaq bu həqiqətdir.