Menu

Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib

04.12.2018, 12:10
Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.

O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq.

Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol