“İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”
“Report”un xəbərinə görə, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.
O, rus dilinə qarşı olmadığını qeyd edib: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.


Şərhlər
qariba millatik hansi millat biza pislik edir biz onlara daha yaxinlashiriq . dil bilmak ucun rus maktablarini coxaltmaq lazim deyil . sadaca dili tadris etmak lazimdir
Mən hörmətli millət vəkillərinin yerinə cavab olaraq bildirərdim ki,Azərbaycanda bütün işəgötürənlər adi xadimə vəzifəsinə işçi götürərkən ilk tələblərindən biri də rus və ingilis dillərini bilməkdir.
ONA GÖRƏ BİZDƏ RUS MƏKTƏBLƏRİNİN SAYI ARTIR Kİ, B.VAHABZADƏ,Ş.QURBANOV KİMİ XALQINI VƏTƏNİNİ SEVƏN İNSANLAR DEPUTAT,MƏMUR, SƏLAHİYƏT SAHİBİ DEYİL.ƏGƏR ERMƏNİLƏRƏ RUSLAR TƏRƏFİNDƏN BİZƏ OLUNAN MÜNASİBƏTİN 10% OLSAYDI ORADA RUS ADINI CƏKİLMƏSINƏ QADAĞA QOYARDILAR.BİR ŞEYİ BAŞA DÜŞMƏLİYİK Kİ,DİLİMİZ MİLLİ VARLIĞİMIZ,HƏR ŞEYİMİZDİR.ONU İTİRSƏK HƏR NƏYİMİZ VAR ONU İTİRƏCƏYİK.
Səbəbi sadədir, Amerika açmağa dəyməz. Rusiyanın iki universitetinin filialı açılıb və bu proses davam etməkdədir. Əlbəttə ki, orada təhsil daha yüksək səviyyədədir, tələbələr daha çox elmi ədəbiyyatdan istifadə edə bilir, rus dilini bilməklə interntdən daha səmərəli istifadə etmək olur. Əgər dövlət məktəblərində ingilis dilli siniflər olsaydı vətəndaşlar öz evladlarını ingilis sektoruna qoyacaqdırlar, rus sektoruna yox.
Gövhər xanım Siz gözəl insansınız.Ancaq,rus dili heç vaxt böyük bir mədəniyyətin daşıyıcısı olmayıb.Bunu bizə sovet hökuməti məcburi təlqin edib.Rus dili işğal və soyqırımlar təbliğ edən bir ünsürdür.Ruslar ayaqyolunda a..... divarlara "əsərlər yazan" xalqdır.Vısotski "bu mədəni xalqı" belə xarakterizə edir:"..daje v evrope tualet napiseno na russkom yazıke".
Rusiyada 3 milyondan artıq Azerbaycanlı yaşayır hansı mektebi var,bir cemiyyetimiz vardı onuda leğv etdiler.Bes burada ne qeder rus yaşayır ki biz buna gedirik,teleb edek qoy rusiyada Azerbaycan mektebleri açılsın.