Menu

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

04.12.2018, 18:56
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol