«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın Prezidenti Nikolas Maduro Rusiyaya səfərə yola düşür. O, Moskvada Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə «çox vacib görüş» keçirəcək. Bu barədə «RİA Novosti» agentliyi xəbər verib.
«İnliki anda biz, diplomatik münasibətlərimizi möhkəmlətmək və qardaş ölkələr arasında dostluq əlaqələrini genişləndirmək məqsədilə Rusiya Federasiyasına uçuruq» - deyə, Maduro «Tvitter»də xəbər verir.
Venesuela liderinin sözlərinə görə, onun Rusiya Prezidenti ilə görüşu planlaşdırılıb.
«Sabah bizim Vladimir Putinlə çox intensiv və vacib görüşümüz olacaq» - deyə, Maduro yazıb.


Şərhlər