Menu

Fransa çempionatında daha bir qarşılaşma etirazlara görə təxirə salınıb

04.12.2018, 20:07
Fransa çempionatında daha bir qarşılaşma etirazlara görə təxirə salınıb

Futbol üzrə Fransa çempionatında keçiriləcək daha bir qarşılaşma təxirə salınıb.

"Report"un Fransa Liqa 1-in rəsmi saytına istinadla verdiyi məlumata görə, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Bildirilib ki, çempionatın XVII turunda keçirilməsi planlaşdırılan "Tuluza" - "Lion" matçı təyin olunan vaxtda oynanılmayacaq. Görüşün Tuluza şəhər rəhbərliyinin tələbindən sonra təxirə salındığı vurğulanıb.

Qeyd edək ki, matç dekabrın 8-də keçirilməli idi. Daha öncə Fransa çempionatında PSJ - "Monpelye" matçı eyni səbəbdən təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol