«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Forbes» işgüzar jurnalı 2018-ci ildə dünyanın ən nüfuzlu qadınlarının reytinqini tərtib edib. Siyahının lideri bir il bundan əvvəl olduğu kimi, Almaniyanın kansleri Angela Merkel elan edilib.
Nüfuzlu nəşr Merkeli Avropanın faktiki lideri adlandırıb. Onun Almaniya lideri postundakı müddəti isə 2021-ci ildə başa çatacaq.
Ən nüfuzlu üçlüyə Britaniyanın baş naziri Tereza Mey və Beynəlxalq Valyuta Fondunun başçısı fransalı Kristin Laqard daxil edilib.
Bu zaman Britaniyanın kraliçası İkinci Yelizaveta Tereza Meyə 20 pillə uduzaraq, 23-cü pillədəqə qərarlaşıb.
Amerikanın ən nüfuzlu qadınları, o cümlədən, ABŞ Prezidentinin qızı İvanka Tramp da ilk 10-luğa daxil olmayıblar. İvanka yalnız 24-cü yerlə «kifayətlənib». Bundan bir qədər yuxarıda isə ilk qara dərili milioner və ulduz teleaparıcı Opra Uinfri yer alıb.
Rusiyalılar arasında yeganə əhəmiyyətli nəticəni Mərkəzi Bankın sədri Elvira Nəbiulina göstərib - o, 49-cu pillədə dayanıb.


Şərhlər