Qadir İbrahimli,
iqtisadçı
Maliyyə naziri Samir Şərifovun "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq" açıqlamasının devalvasiya anonsu kimi yozmaq düzgün deyil.
Əvvəla, 2015- cilin sonundan hökumət rəsmən "üzən məzənnə” rejiminə keçib və bu rejimdən hələ imtina etməyib. Bu baxımdan manatın devalvasiyası hər an gözləniləndir.
Ümumiyyətlə, yerli valyutanın bir sektorun (bizim söhbətdə neft sektorunun) hesabına süni şəkildə "kəskin möhkəmləndirmək” praktikada özünü doğrultmur.
İkincisi, nazir manatın "möhkəmlənməsindən” yox, "kəskin möhkəmlənməsindən” narahatlığını ifadə edib. Bunlar fərqli anlayışlardır. 1994-cü ilin sonunda manatın məzənnəsi 4500 manat (denominasiyadan sonra 90 AZN) səviyyəsində sabitləşdi. Sonradan bu məzənnə daha da möhkəmləndirilərək 78 qəpik səviyyəsinə endirildi.
Proses 2015-ci ilə qədər davam etdi və sonrada manat sərt devalvasiyaya – 122 faizlik devalvasiyaya məruz qaldı. Halbuki, manat hər il təxminən 5-6 qəpik ucuzlaşsaydı, insanlar bir elə devalvasiya şoku da yaşamazdı. Və manatın kəskin möhkəmlənməsinə xərclənən pullar real sektorun dəstəkləməsinə xərclənsəydi, bu gün manatın taleyi neftin qiymətindən daha az asılı olardı.
Üçüncüsü, yerli valyutanın kəskin möhkəmlənməsinin idxalın stimullaşdırılmasına, ixraca isə marağın azalmasına səbəb olması artıq iqtisadi nəzəriyyələrdə birmənalı təsdiqini tapmış məsələdir. Bu baxımdan maliyyə nazirinin açıqlamasına rasional yanaşmaq lazımdır.
Real sektorun effektiv dəstəklənməsi yumşaq devalvasiyanı (ildə 5-6 qəpik) istisna etmir. Ancaq konket indiki halda devalvasiya anonsundan söhbət getmir.

Şərhlər
Nazir bu millətdən deyil yəqin. Bu millətdən olsa bu millətə yazığı gələr.Yenə bahalıq,işsizlik yoxsulluq. Uzun illər milyardlar hətda trilyon gəliri olan ölkədə yeni süni devalvasiya edib bütün zibillərini millətdən çıxarmaq bu millətə yenə deyirəm dəhşətdir və yeni qəsd yeni xəyanətdir. Ölkə misli görünməmımiş talan edilmişsə də ehtiyat pul hələ çoxdur,nefrt fondu və başqa fondlarda lazım olandan çox pul var. Talana israfçılığa son qoymaq yenidən yoxsul milləti bu yolla talamaq lazım deyil. Oğurlanmış milyardları da qaytarmaq lazım. SAtılan neft qaz və başqa pul mənbələrinin dəqiq otçot uçotunu aparmaq,levi satmağa imkan verməmək. Bir sözlə yenindən ac əhalini daha da pius günə qoymaq fikri irəli sürən kimditrsə o ermənidən də pis düşməndir. Bacarmırsansa cəhənnom ol get bacaran insan,millətə canı yanan gəlsin işləsin. Yoxsa manatı qəsdən qiymətsizləşdirib oliqarxların, talançıların atdıqları milyardları az summa ilə bağlamaq üçün çalışanlar ermənidən də pis düşmənlərdir. Və fəsadları da çox pis olacaq. Hər şeyin sonu var. Milləti dirəyib nə özünüzün nə də millətin axırına çıxmayın. Qonşu Gürcüstandan,qanımızı içə düşmən ölkədən ibrət dərsi götürün millət üçün işləyin, millətdən qisas almayın. Xalqa çatasını öğurlamayın paylamayın. Allah sizin bəlanızsı verəcək.