Menu

İntiqam Əliyevin həbsindən apelyasiya şikayəti verildi

11.08.2014, 12:49
İntiqam Əliyevin həbsindən apelyasiya şikayəti verildi

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində olan məhkəmə qərarından apelyasiya şikayəti verilib.

Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, apelyasiya şikayəti bu gün məhkəməyə göndərilib: “Prosesin vaxtı barədə yaxın günlərdə məlumat veriləcək” .

Qeyd edək ki, İ. Əliyev avqustun 8-də Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol