Artıq üçüncü gündür ki, yolu paytaxtın Babək prospektindən düşən sürücülər 15 dəqiqəlik məsafəni bir neçə saata qət etmək məcburiyyətində qalırlar.
“Xalqlar Dostluğu” körpüsünün üzərində başlayan tıxac prospektin sonunadək davam edir. Xüsusilə saat 17.00-dan başlayaraq, körpünün qurtaracağındakı yol ayrıcında əmələ gələn sıxlıq qısa müddətdən sonra dəhşətli tıxaca çevrilir. Səbəb isə körpünün kənarındakı yolun təmirə görə bağlanması nəticəsində bir çox “yüksək mədəniyyətli” sürücülərin öz yollarını qısaltmaları üçün sözügedən yol ayrıcında əks yola daxil olaraq, hərəkətlərini davam etdirmək cəhdidir. Nəticədə üç istiqamətdən qarşı-qarşıya gələn avtomobil axını həmin yol ayrıcını bağlayır və bir neçə saat davam edən üzücü tıxac yaranır.

Bu tıxac artıq üç gündür ki, eyni yerdə və eyni vaxtda müşahidə edilir. Bundan öncə isə həmin yol ayrıcında YPX avtomobili dayanırdı və sürücülərin əks hərəkət zolağına girməsinin qarşısını alırdı. Lakin son üç gündə yol polisi əməkdaşları bu yol ayrıcında gözə dəymirlər. Görünür yorulublar, ya da “xeyirsiz işlə” məşğul olmaq maraqlı deyil... Əvəzində sürücülərin özləri avtomobillərindən düşərək, hərəkəti tənzimləməyə çalışırlar ki, bu da lazımi nəticəni vermir.
Dəfələrlə qeyd etdfiyimiz kimi, paytaxtımızın yol polisi “Yol Patrul Xidməti” ifadəsindəki “xidmət” sözünü özündən mümkün qədər uzaq tutmağa çalışır. Nəticədə insanların əsəbləri korlanır və yol polisinə olan “sevgisi” bir qədər də artmış olur...
Cəlal
AzPolitika.info


Şərhlər
OLA BILMEZ,HANI O,POLKOVNIK...METBUATIN KATIBI.BUYURSUN,GELSIN...ALTERNATIV YOLLARI SADALASIN...NAQIL DANIWSIN.COXDANDI GULMURUK,KEYFIMIZ ACILSIN
Babək prospektində yenidənqurma işləri çox primitiv aparılıb."NZS" deyilən yaşayış məntəqəsində dönmə yerləri unudulub.Qəsəbədən geriyə-şəhərə çıxış üçün köhnə maşın bazarınadək yol qət etmək lazım gəlir.Hər-halda mühəndislik işi bir çobana tapşırılsaydı,yolun çəkilişində bu qədər naşılıq nəzərə çarpmazdı..
O YOLU CEKENLER VARLI DOVLETLI,,EMEKDAR MUHENDISLERDI,,...WEREF,WOHRET,TEREQQI ORDEN MEDALLARIDA CAQBACAQ...ALTERNATIV YOLLAR AXTARIN,...TAPARSINIZ.ESAS INKIWAFDU