Menu

Maqadanlı pensiyaçı Medvedyevə «pul» göndərib – Biz kimə göndərək?...

07.12.2018, 11:55
Maqadanlı pensiyaçı Medvedyevə «pul» göndərib  – Biz kimə göndərək?...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Maqadan vilayətindən olan pensiyaçı, əmək veteranı Vladimir Popov pensiyasına hesablanmış 683 rubl məbləğində əlavəni Rusiyanın hökumət başçısı Dmitri Medvedyevə göndərmək qərarına gəlib. O, sözügedən məbləği «alçaldıcı» hesab edir. Bunun üçün Popov uyğun ərizə ilə yerli sosial mərkəzə müraciət edib.

«683 rubl həcmində aylıq pul ödənişi mənim insan ləyaqətimi alçaltdığı üçün, xahiş edirəm yuxarıda göstərdiyim məbləği Dmitri Anatolyeviç Medvedyevə (ünvan göstərir - red.) göndərəsiniz. Ümid edirəm ki, bu pul pensiyaçılarla və digər «insan materialları» ilə çətin mübarizədə onun köməyinə gələr» - deyə, «Znak.com» ərizənin mətnindən sitat gətirir.

Məlumat üçün bildirək ki, 683 rubl məbləğində aylıq ödənişi Popova noyabrın 1-dən təyin ediblər.

«Flash Nord»-ın bölgə hökumətindəki mənbəyi xəbər verib ki, hökumət «daxil olmuş bu ərizədən narahatdır və incidilmiş pensiyaçını necə sakitləşdirmək barədə yollar arayır».

Bu yaxınlarda qeydə alınmış digər bir epizodda Tomskdan olan pensiyaçı Viktor Smirnyagin etiraz əlaməti olaraq, pensiyasına hesablanmış 60 rubl əlavəni Medvedyevə göndərib və bu zaman köçürmə haqqı olaraq poçt şöbəsinə 130 rubl ödəyib.

Pensiyaçı yeni «Pensiya haqqında» qanun əsasında pensiyasına hesablanmış əlavə ilə özünün təhqir olunduğunu bildirib: «Kimləri isə yeddi, kimi isə doqquz, on bir, on yeddi və hətta 40 və ya 50 rublla «xoşbəxt» ediblər!». Poçt şöbəsində uzun müddət köçürməni həyata keçirmək istəməyiblər, sonda köçürmə üçün pensiyaçıdan 130 rubl haqq alıblar.

Rusiya hökumətinin başçısı Medvedyev isə heç bir şərh vermədən 60 rublu qəbul etməkdən imtina edib. Tomsklı pensiyaçıya isə pul köçürməsinin geri qaytarıldığı barədə «məlumat» gəlib...

Məlum olduğu kimi, təxminən 1 il bundan əvvəl Azərbaycanda da «antisosial hadıkimilər» tərəfindən pensiya haqqında yeni bir «qanuncigəz» hazırlayıb və basıb parlamentin «deşiyindən» çıxardıblar. Məhz həmin «qanun»un kəraməti-əzəməti sayəsində bu sətirlərin müəllifi hələ də «qocalığa görə» pensiya ala bilməyib (25 illik əmək stajım çatmır!).

Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-dən həmin «qanuna» edilmiş dəyişiklik qüvvəyə minəcək və pensiyaya çıxmaq üçün 25 illik əmək stajı «senzi» aradan götürüləcək. İndi düşünürəm - dəyişiklik «işlək» olsa və mənə pensiya təyin edilsə, həmin alçaldıcı «tulapayı» məbləği kimə göndərim? Hadıyamı, Səliməmi, Arturamı, yoxsa Novruzamı?! Bəlkə bu «simalar» arasında bərabər bölüşdürüm? Qoy, udub, cana gəlsinlər - onlar üçün «iylənmiş» bir loğma da «qənimət»dir...

Mirzə AĞ

Şərhlər

Şaiq 2018-12-07 11:55:31

Belə halda gərək 55-200 manat pensiya alanlar da pensiyalarını Novruz Məmmədova göndərsinlər.Onsuz da bu pula aylıq kommunal, səhiyyə (dərman və həkimə müraciət,xəstəxana),yaşayış və sair xərcləri ödəmək mümkün deyil.

Qurbanəli 2018-12-07 11:55:31

Həmin pulu Əjdər ola göndər.Səlimin baş biləni olub.İndi roman yazır.Çap ücün lazım olar.

m.a 2018-12-07 11:55:31

41 il is staji ile 60 yasda pensiyaya cixacaqdim,63 yasda cixardilar. Heyat yoldasim 3 usaqla 50 yasnda pensiyaya cixacaqdi,indi deyirler 61 yasda cixacaq.Hormetli mesul sexsler biz bu pulu acgozlukden alib yastigin altinda saxlamaq ucun nezerde tutmuruq.Biz bupula mohtacq.Taleyimizle oynamayin!.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol