Menu

Maşın vuran süpürgəçi öldü

07.12.2018, 13:36
Maşın vuran süpürgəçi öldü

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında daha bir süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət aldığından 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, yaralının vəziyyəti ağır olduğundan xəstəxanada dünyasını dəyişib:

“Xəstəxanaya aparılan zaman vəziyyəti ağır idi. Əməliyyat olunsa da, həyatını qurtarmaq mümkün olmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol