«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin «Brekzit»dən imtna etmək imkanlarına işarə vurub.
Tereza Mey bəyan edib ki, Britaniya bu istiqamətdə 3 variantı nəzərdən keçirir.
Onun sözlərinə görə, London artıq əldə olunmuş sazişi təsdiqləyə, Avropa İttifaqından heç bir saziş olmadan çıxa, və ya «Brekzit»dən imtina edə bilər («Röyter»). Bu zaman Mey dəqiləşdirməyib ki, «Brekzit» barədə sövdədən imtina ediləcəyi təqdirdə Britaniyanın sərəncamında ehtiyat variant varmı?
Məlum olduğu kimi, Avropa İttifaqı ölkələri Britaniyanın Avropa İttifaqından çıxması barədə sazişi noyabrda bəyənilər. Gözlənilir ki, krallıq Avropa İttifaqını 2019-cu ilin martında rəsmi olaraq tərk edəcək.


Şərhlər