Menu

Sumqayıtda yük və minik maşınları toqquşub - Ölən və yaralananlar var

07.12.2018, 22:39
Sumqayıtda yük və minik maşınları toqquşub - Ölən və yaralananlar var

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol