Reks Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində yazaraq keçmiş dövlət katibi R.Tillersonun tənqidlərinə cavab verib.
"Mayk Pompeo yaxşı işləyir, onun sələfi Reks Tillerson lazımi zehni qabiliyyətə malik deyildi. Kütbeyin və tənbəl idi. İndi Dövlət Departamentində ovqat tamamilə fərqlidir", - D.Tramp yazıb.
Qeyd edək ki, bu ilin mart ayında D.Tramp R.Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsindən istefaya göndərib .


Şərhlər
Elə bil bu Tramp əsl müsalmandır özündən qabağkı hakimiyəti və onunla işləməyi istəməyənləri rahatca tənqid və təhqir edir.
Kor-kora kor deməsə bağrı çatlar.
P.S. Etot debil eşyo poyot?
Onsuz da ABŞ-ı kutbeyinlər idarə edir.