Menu

ABŞ səfirliyindən daha bir Emin Hüseynov açıqlaması

11.08.2014, 15:30
ABŞ səfirliyindən daha bir Emin Hüseynov açıqlaması

ABŞ-ın Azərbaycandakı səfirliyi RATİ-nin rəhbəri Emin Hüseynovun səfirlikdə gizlənməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil:

"Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun Sədri, Emin Hüseynovun ABŞ-ın Bakıdakı səhirliyinin ərazisində sığınacaq tapması barədə müəyyən media orqanlarında xəbər yayılmışdır. Bu xəbərlər həqiqətə tamamilə uyğun deyil. Emin Hüseynov ABŞ-ın səfirliyində deyil", - deyə səfirlikdən qeyd ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol