MİLLİ MƏCLİS ONLARIN XATİRƏSİNİ ANMAQDAN İMTİNA ETDİ - Oqtay Əsədov və Bahar Muradova imkan vermədi + VİDEO


Milli Məclisin ötən gün keçirilən iclasınd maraqlı anlar yaşanıb. Belə ki, deputat Fazil Qəzənfəroğlu parlamentin 100 ilinin tamam olması münasibətilə Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ancaq spiker Oqtay Əsədov və onun müavini Bahar Muradova bunun əleyhinə çıxıblar.
Xatırladaq ki, Azərbaycanın birinci parlamenti 7 dekabr 1918-ci ildə təsis edilib.
F.Qəzənfəroğlu bildirib ki, bu əlamətdar gündə Milli Məclisin banilərinin xatirəsini yad etmək lazımdır.
Öz nitqində deputat, Prezident İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin nəvəsinin müalicəsinə vəsait ayırması faktını xatırladıb və qeyd edib ki, bu, yeni respublikanın liderinin bizim dövlətimizin banilərinə diqqətinin göstəricisidir: "Laqeyd qalmayın".
Ancaq Fazil Qəzənfəroğlunun bu bəyanatından dərhal sonra parlamentin spikeri Oqtay Əsədov deputatın dediklərini vitse-spiker Bahar Muradova ilə müzakirə etməyə başlayıb və o, təklifə başını nümayişkaranə şəkildə bulamaqla cavab verib.

Bundan sonra O.Əsədov deputatlara müraciət edərək bildirib ki, F.Qəzənfəroğlunun təklifi qəbul olunmur, çünki Milli Məclis ilk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini dəfələrlə bir dəqiqəlik sükutla yad edib, bu səbəbdən də indi ona xüsusi ehtiyac yoxdur.
Spiker həmçinin əlavə edib ki, 7 dekabr Milli Məclis üçün bir növ bayram günüdür və parlament kiminsə xatirəsini matəm sükutu dəqiqəsi ilə yad etmir.
Maraqlıdır ki, bundan öncə parlament sədri Oqtay Əsədovun ümumiyyətlə Azərbaycanın birinci parlamentinin 1918-ci il dekabrın 7-də keçirilən iclasının 100 ilinin tamam olmasından xəbərsiz olduğu üzə çıxıb. Belə ki, aşağıdakı kadrlardan da göründüyü kimi, yalnız vitse-spiker Ziyafət Əsgərovun spikerin qulağına pıçıldamasından sonra O.Əsədov bu əlamətdar hadisədən xəbər tutub. Və bir qədər könülsüz şəkildə həmin tarixi hadisəni deputatlara xatırlatmalı olub.
Ümumiyyətlə, ötən gün Milli Məclisdə parlamentin 100 illiyilə bağlı aparılan müzakirələr və spikerin buna reaksiyası parlament rəhbərliyinin Azərbaycan Demokratik Respublikasının qurucularına laqeyid münasibətinin növbəti təzahürü kimi qəbul edilə bilər.
AzPolitika.info
Şərhlər
YAP-çılar Azrbaycanı sökməklə,tarixini unutdurmaqla.özlərinə tarix düzəltməklə məşğul olduqlarından Azərbaycan xalqının keçmişi,gələcəyi ilə məşğul olmaq onlara sərf etmir.Hələ bir MM-in "deputatlarının" 95 faizinin haradan gəlib,hansı yollarla MM-də oturdulmasına diqqət etsəniz çox mətləblərin üstü açılar.Onların əksəriyyəti qanı qarışıq şəxslərdir və kimlərə xidmət etdikləri qaranlıqdır.Niyə bu 25-30 ildə MM bir dəfə də olsun işğal edilmiş Qarabağ ətrafı rayonların talei müzakirəyə çıxarılmayıb?
Ayiblar olsun sizlere.Goresen bunlar ayib nedi bilirler?Bilseydiler ne vardi.Bir parlamente 15 il basciliq eden sedr ve muavinler hemin parlamentin tarixini bilmirse onlara soz tapmaq olmur deyesen....
Demokratik Cümhuriyyətrin baniləri 100 il bundan qabaq şərqdə ilk dəfə olaraq Parlament qurmuşdular.Bunlar isə məclis üzvüləridir. Məclis ərəbcədən -oturub söhbət edən yer mənasını verir səhv etmirəmsə.
1918 ci il dekabr ayinin 7 de Azerbaycan cimhuriyyetinin parlamentinin acilisi olub.Ay milli meclis rehberleri oxuyun yazdim,oyrenin ve utanin.
Azərbaycanda həqiqi parlament yoxdur.Fazil Mustafayevin də təmsil olunduğu parlament seçilməyib,təyin olunub.O cümlədən Fazil Mustafayevin özü YAP-ın siyahısı əsasında MM -də əyləşib.Ona görədə F.Mustafayev o məsələni qaldıranda düşünməliydi ki,bu Milli Məclis deyil YAP-ın məclisidir.Yap-ın yranma gününü qeyd olunması məsələsini qaldırsaydı O dəqiqə səsə qoyulardı və bəyənilərdi.
milmil məylis..
Düz edirlər. Bu MM-n 100 il bundan əvvəlkinə heç bir aidəti yoxdur.O başqa amallı idi,bu isə başqa. Bunlar öz MM-nin yubileyini lazım olanda qeyd edəcəklər.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV OLMASAYDƏ - BU CÜR MƏMURLARNAN NƏ DÖVLƏT QURULACAQDI, NƏ DƏ Kİ İNDİKİ AZƏRBAYCAN OLACAQDI!
BNLARI M.Rəsulzadə və onun tərəfdarları qıcıqladırırlar. 1918-ci ildə yaradılmış Azərbaycan demokratik respublikasının qurucularından heç birinin heç yerdə portretlərini görməsiniz. İlk əskinazlarımızı da DENOMİNASİYA etməkdə məqsəd Rəsulzadənin şəklinin yox edilməsi üçün idi.(Denominasiya-əskinazın üzərindəki şəkillər dəyişməli,sıfirların sayı azalmalı).
Yəqin günahkar rusiyadır.
Belə tariximizə qiymət qoymadiğımiz üçün heç bir dövlət ıçində bizə hörmət qoyan yoxdu ..Hər hansı millətin adını çəkib bizə hörmət qoyur ? Qazimizi ,neftimiz yiyənlərdə bizə saymırlar belə olduğumuz üçün!
Milli metbexi idare eden sedr ve muavin yeqin ki, Bizim milletin numayendeleri deyil. Buna subut oktay kisinin qulaqina ziyafeddin qaqanin picildamasi subutdur. Eceba, gor dovleti Kimler idare edir ??????!!!!!!!!! Sadece Biabirciliqdi!!!
Bunlari puldan bawqa hec ne maraqlandirmir.....
Parlamenti antimilli ünsürlərdən təmizləmək vaxtıdır!
Azərbaycanın milli dövlətçiliyinə aid nə varsa bizim qürur yerimizdir.Bu qüruru qəbul etməyənlər milliyyətcə bizdən deyillər.Tariximizə belə hörmətsizlik göstərmək dövlətimizə də,dövlətçiliyimizə də etinasızlıqdır.
Azərbaycanın milli dövlətçiliyinə aid olan nə varsa bizim
SONRA YPIWIRIQ DUNYA ICTIMAYYETINDEN.BU ONU GOSTERIR KI,OZBAWINW DEYILLER,IDAREOLUNURLAR...ESAS INKIWAFDU,KEYF ELEYIN,TENNIS OYNAYIN TENNIS AKADEMIYASINDA
Onlar özləri üçün yeni Azərbaycan tarixi yaradıblar və bü tarixdən kənarda baş verənlər, onların maraq dairəsində deyildir. Milləti də buna məcbur etmək istəyirlər...
... gözleri cıxsın
Tarixə xor baxmaq olmaz. Kor olarsız. Heyif o kişilərin zəhmətinə
Payızın axırında şaxta olur, "Bahar" yox! Deməli, onun yeri səhv düşüb... Rəhmətlik Qabil də yazıb axı: "Qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz..."
Sozsuz,bele de olmali idi.MM-de oturanların neyine lazimdir bizim tariximiz...
Tariximizə keçmişimizə insanlarda niyə bu qədər kin-küdurət yaranıb. Fazil Mustafa bu torpağın çörəyi suyu sənə halaldır. O zombiləşmişləri başa sala bilmirsən ki,belə təklifdən imtina etmək öz tariximizə imtina deməkdir. Səbəb..........
Bu da hörmetli spikerin Azerbaycan tarixine verdiyi deyer.Efsuslar olsun !
Oqtaylara, Muradovalara və digər yapistlərə dərəcədə nifrət aşılanıb ki, Cumhuriyyətçilər və Rəsulzadənin adı gələndə içəridən doşranırlar. Biz millət olaraq bu dəyərlərimizə sahib çıxa bilmiriksə, demək onların əlində bir oyuncağıq! Bizim milli dəyərlərinə sahib çıxmış gürcü və ermənilərdən danışmağımız utanc verici bir haldır. Ancaq Telekanalizasiyalar (Z.H.) ermənidən çeynəyir, niyə çünki, cənab belə ssenari verilib və onlar sökməklə məşğuldur
Tam xəcalət cəkiləsi cavabdir.llk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini hər gün xüsusi ilə də Milli Məclisin 100 illiyində mütləq xatirlamaq zəruridir.
Parlamentin nufuzu xalqin qarşisinda sifirdir. Bele qeyri etik munasibət hazirki parlamentin oyuncaq oldugunu duşunmeye yer qoyur. Ölkenin tarixine bele yaramaz munasibet ermenilei sevindirir ozumuze de dag basir. qocalar klubu parlamentin qeyri legitim sayilmasi fikirlerine yol acir.
Kənd, qəsəbə, raуon və şəhərin таnıуıb seçdiуi namizədlərin Milli Məclisdə dogma zonasını тəmsil eтməsi haqlı və faуdalı olardı. Müvəqqəтi olaraq (Qarabag həllinə qədər) hər işgal raуonunu bir nəfər və əvəzləicisi, Haуsтan qaçqın ailələrinin hər 30 minini bir nəfər тəmsil edə bilərlər. MM və ozbaşına "DQMV" 2019cu ilin marт aуınacan buraxılmalıdır. 7 DEKABR 2018 тarixinə Azadlıq Meуdanında AX Cümuhürriууəтinə əzəməтli abidə qoуulmaması bizi dünуaуa ən aciz və ozünü belə saуmaуan dovləт kimi gosтərir.
1918-ci il dekabrın 7-də ilk parlament seçkiləri keçirilib. İlk iclas olmayıb.
Esedov 1 deqiqeni sukut yerine danismaqla kecirmeye ustunluk verdi. Guya bir deqiqeye qenaet edecekdi, ne oldu? Dunya dagilacaq deyildi ki. Allah rehm elesin bele insanlara
çox yaxşı.Elə şərəfli insanlar o məclisdə yad olunmasa daha yaxşıdı.