Menu

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verir

08.12.2018, 14:25
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verir

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.

"Report"un məlumatına görə, bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib.

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q.Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol