Menu

Tramp Fransaya vergiləri aşağı salmağı tövsiyə edib

09.12.2018, 00:23
Tramp Fransaya vergiləri aşağı salmağı tövsiyə edib

ABŞ prezidenti Donald Tramp Fransa hökumətinə "mənasız və son dərəcə qiymətli" Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib.

“Report” xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan Paris sazişinə son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?", - deyə Tramp yazıb.

Bundan əvvəl Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol