Menu

Messi 15 milyon dollara təyyarə alıb - Fotolar

09.12.2018, 15:49
Messi 15 milyon dollara təyyarə alıb - Fotolar

“Barselona”nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb.

“Qafqazinfo” “AS” qəzetinə istinadla xəbər verir ki, bu barədə Argentinanın “Doble Amarilla” saytı məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu “2004 Gulfstream V” təuyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.

Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.

Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol