Menu

Sudanın hakimiyyət orqanlarının nümayəndələri təyyarə qəzasında həlak olub

09.12.2018, 17:20
Sudanın hakimiyyət orqanlarının nümayəndələri təyyarə qəzasında həlak olub

Sudanda təyyarə qəzası baş verib.

"Report"un xarici mətbuata istinadla məlumatına görə, hadisə ölkənin şərqində qeydə alınıb.

Yerli jurnalistlərin məlumatında bildirilir ki, qəza nəticəsində 11 nəfər həlak olub. "Reuters" isə qəzada ölənlərin 5-nin yerli hakimiyyət orqanlarının nümayəndələri olduğunu xəbər verib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol