Menu

Makron etirazçıların tələbləri ilə razılaşdı - Xalqdan üzr istəyəcək, vergiləri azaldacaq

09.12.2018, 21:28
Makron etirazçıların tələbləri ilə razılaşdı - Xalqdan üzr istəyəcək, vergiləri azaldacaq

Fransa prezidenti Emmanuel Makron ölkəni bürüyən “sarı jiletlilər”in aksiyası ilə bağlı gözlənilməz addım atmağa hazırlaşır.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Prezidentin mətbuat katibliyi açıqlama yayıb.

Qeyd olunub ki, Makron baş verən hadisələrdən çox narahatdır və sabah xalqa sevindirici müraciət edəcək.

Fransa mətbuatı yazır ki, bundan əvvəl vergilərin artırılması qərarının 6 ay müddətinə dayandırıldığını açıqlayan Makron bu dəfə etirazçılardan üzr istəyəcək və daha çox vergi endirimi həyata keçirəcəklərini bəyan edəcək.

Şərhlər

Mirzə AĞ 2018-12-09 21:28:17

Burası Fransa...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol