«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Tereza Meyin Böyük Britaniya Baş naziri postundan gedəcəyi təqdirdə onun vəzifəsini sosialistlərin yaxın dostu Ceremi Korbin tuta bilər. Bu barədə Mey özü « The Daily Mail» nəşrinə verdiyi müsahibədə bəyan edib.
Onun sözlərinə görə, «Brexit» planı üzrə icmalar palatasındakı səsvermənin iflasa uğraması (Meyin Avropa İttifaqı hakimiyyəti ilə razılaşdıdığı plan) Meyin istehfası və hakimiyyətə müxalif lider Ceremi Korbinin gəlməsi ilə nəticələnə bilər.
«Ceremi ümumxalq seçkiləri keçirməkdan başqa heç nə fikirləşmir - bunun ölkə üçün nələr gətirəcəyindən asılı olmayaraq... Mən, hesab edirəm ki, Korbinin hakimiyyəti əldə etməsi bir riskdir ki, biz özümüzə rəva bilərik» - deyə, Mey qeyd edib.
Nəşir yazır ki, «Brexit» planı ətrafında ardıcıllığın olmaması icmalar palatasında gələn həftəni Britaniya siyasəti tarixində İkinci dünya müharibəindən sonrakı dövr üçün ən mühüm həftəyə çevirir. Səsvermənin uğurla keçməsi üçün Mey ən azı daha 100 deputatın səsini cəlb etməlidir.
Bundan əvvəl KİV-lər uğursuzluğa düçar olmaq riskinə və Baş nazirin postundan getmək təhlükəsinə görə, Meyin səsvermənin vaxtını dəyişdiəcəyi planından xəbər vermişdilər.


Şərhlər