Menu

Futbol üzrə Azərbaycan çempionatında XIV tura yekun vurulub

09.12.2018, 22:52
Futbol üzrə Azərbaycan çempionatında XIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub."Report" xəbər verir ki, turun son oyununda lider "Neftçi" "Bakcell Arena"da "Sumqayıt" komandasını qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi görüş 0:0 hesabı ilə başa çatıb.

Oyuna qonaq komanda hücumlarla başlayıb. İlk hissənin ortalarından "Neftçi" nəzarəti ələ alıb. Komanda bir neçə təhlükəli hücum yaratsa da, hesabı açmaq mümkün olmayıb. İlk hissə 0:0 hesabı ilə bitib.

İkinci hissəni hücumda keçirən "Neftçi" bir neçə qol vəziyyəti yaradıb, lakin bunlardan istifadə edə bilməyib. Görüş elə başladığı kimi 0:0 hesabı ilə də başa çatıb.

Bu nəticədən sonra "Neftçi" 33 xalla liderliyini davam etdirir, 15 xal toplayan "Sumqayıt" isə 6-cı yerdə qərarlaşıb.

Günün digər matçlarında "Sabah" evdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub. Son çempion "Qarabağ" isə səfərdə "Zirə" komandasını böyük hesabla məğlub edib - 6:0. "Səbail" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 0:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol