Menu

Donetsk və Luqansk sakinlərindən şəhəri tərk etmək xahiş edildi

11.08.2014, 16:38
Donetsk və Luqansk sakinlərindən şəhəri tərk etmək xahiş edildi

Ukrayna ordusu hücuma başlamaq üçün Donetsk və Luqansk sakinlərindən şəhəri tərk etməyi xahiş edib.

ANS PRESS-in məlumatına görə, milli təhlükəsizlik və müdafiə şurasının spikeri Andrey Lısenki bugünki brifinqdə bunu bəyan edib.

"Biz bir daha dinc sakinlərə müraciət edərək Donetsk və Luqans şəhərlərinin azad olunması və terrorçuların məhv edilməsinə görə əməliyyatlar keçirmək üçün bu şəhərləri tərk etmələrini xahiş edirik." - deyə Lısenko bildirib.

Onun sözlərinə görə insanların evakuasiyası üçün yaşıl dəhlizlər təşkil ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol