Menu

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

11.12.2018, 15:28
Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Ermənistan ordusunun keçmiş generalı Manvel Qriqoryan məhkəmə prosesi zamanı huşunu itirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevan məhkəməsində “Yerkrapa” müharibə könüllüləri birliyinin keçmiş sədrinin həbs müddətinin daha 2 ay uzadılması müzakirə olunub.

Bu zaman halı pisləşən Qriqoryan üçün təcili yardım çağırılıb. Məhkəmə prosesi yarımçıq saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol