Menu

Asiyanın nəhəng şəhəri ilə bağlı fəlakət proqnozu - Tehran sürətlə batır?

11.12.2018, 18:11
Asiyanın nəhəng şəhəri ilə bağlı fəlakət proqnozu - Tehran sürətlə batır?

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Podstamdakı Almaniya geoloji tədqiqatlar mərkəzinin alimləri müəyyən ediblər ki, İran İslam Resublikasının (İİR) paytaxtı və Asiyanın nəhəng şəhərlərindən biri olan qədim Tehran sürətlə çökür. Şəhərin bəzi rayonları ildə 25 santimetr sürətlə «oturur» ki, bu da binalarn və komunikasiyaların zədələnməsinə gətirib çıxardır.

Səbəb kimi, bölgədə yeraltı suların tükənməsi önə çəkilir. Bu barədə «Science Alert» nəşri xəbər verib.

Araşdırmaçılar peyk radarları vasitəsilə Tehran rayonunun səthinin skan edilmiş məlumatlarını analiz ediblər və 2003-2017-ci illər aralığında şəhərin «çökmə» dərəcəsini qiymətləndiriblər. Alimlər interferometrik radarların köməyi ilə zondaşdırma üsulundan istifadə ediblər. Bu üsulla hətta torpağın əhmiyyətsiz deformasiyasını belə aşkarlamaq mümkündür.

Geoloqlar bəzi sahələrin ildə 25 santimetr sürətlə çökdüyünü müəyyən ediblər (beynəlxalq aeroportun yerləşdiyi rayonu). Digər rayonun (Tehranın cənub-şərq hissəsi) isə ildə 22 santimetr sürətlə «oturduğu» məlum olub. Bu çökmələr, ərazidə yeraltı suların intensiv şəkildə yerin səthinə çıxarılması səbəbilə baş verir.

Məsələn, 2013-cü ildə içməli yeraltı su əldə etmək üçün ərazidə 32 min quyudan istifadə olunub (1968-ci ildə quyuların sayı 4 mindən az olub). 1984-2011-ci illərdə yeraltı suların səviyyəsi təxminən, 12 metr enib.

Alimlərin fikrincə, çökmə torpaqda, tikililərin divarlarında çatlar əmələ gətirir və yer səthinin sürüşməsinə səbəb olur. Bu proses dönməz də ola bilər, amma sudan düzgün istifadə edilməsi fəlakətli nəticələrdən qaçmağa imkan verə bilər.

Əgər belə olmasa, şəhərin infrastrukturu ciddi şəkildə pozula bilər, xüsusilə də insanların sıx yaşadığı rayonlarda və aeroportun yerləşdiyi rayonda...

Son illər İran ərazisində tez-tez müxtəlif maqnitudalı zəlzələlərin baş verməsi də böyük ehtimalla, bununla əlaqəlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol