Menu

HƏMAS da Ərdoğanın qələbəsini bayram edir

12.08.2014, 02:11
HƏMAS da Ərdoğanın qələbəsini bayram edir

Qəzza sektorunun idarəçiliyini həyata keçirən HƏMAS qruplaşması Türkiyədə keçirilən 10 avqust prezident seçkilərinin nəticələrindən məmnun qalıb və Ərdoğanın qalib gəlməsini alqışlayıb.

Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, təşkilatın mətbuat katibi bundan sonra Ərdoğanın fələstinliləri daha güclü şəkildə müdafiə edəcəyi və dəstək verəcəyinə ümid etdiklərini bildirib.

Mətbuat katibi deyib: “Biz indi ümid edirik ki, Ərdoğanın Türkiyə xalqının böyük hissəsi tərəfindən prezident postuna seçilməsindən sonra Türkiyənin dəstəyi, Fələstin xalqının müdafiəsi güclənəcək”.

Qeyd edək ki, Qəzza əhalisinə humanitar yardım üçün Türkiyədən ikinci “Mavi Mərmərə” gəmi-karvanın yola salınması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol