Ay Yerə 356 min kilometr məsafədə olub
Ayın 10-dan 11-nə keçən gecə yer kürəsinin əhalisi superayı görüb.
ANS PRESS-in məlumatına görə, 2014-cü il ərzində meydana gələn ən böyük və ən parlaq ay görüntüsünü Yer kürəsinin bir çox əhalisi kimi, Azərbaycanda da görənlər olub. Bu unikal mənzərəni tarixə qeyd etmək üçün bir çox insan həmin anın fotoşəklini çəkib. Onlardan biri də azərbaycanlı fotoqraf Toğrul Abbasovdur.
Qeyd edək ki, superay adlandırılan görüntü meydana gəldiyi zaman Yerin təbii peyki planetimizə yaxınlaşaraq, 356 min kilometr məsafədə, 30% daha parlaq və 14% daha böyük olub.


Şərhlər