Menu

Putin 3-cü dünya müharibəsinə hazırlaşır

12.08.2014, 09:44

absh rusiya3(09.10.2013)Moskvaya tətbiq olunan sanksiyalar 3-cü dünya müharibəsini yaxınlaşıdırır

Rusiya ətrafında baş verən hadisələrlə əlaqədar politoloqlar qorxulu proqnozlar verir.

ANS-in məlumatına görə, bir çox siyasətçilər və politoloqlar hesab edir ki, Rusiya 3-cü dünya müharibəsinə sürüklənir.

Rusiya Liberal Demokrat Pariyasının lideri Vladimir Jirinovski "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, 3-cü dünya müharibəsi ilə bağlı qərarı yalnız Rusiya prezidenti Vladimir Putin qəbul edə bilər. Onun sözlərinə görə, Putin artıq qərarını verib.

Jirinovskinin bu açıqlamasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski bildirib ki, 3-cü dünya müharibəsi daha çox Kremlə lazımdır. Müharibə yolu ilə Rusiya Avropadan müəyyən güzəştlər əldə etmək istəyir. Çünki hər tərəfində sabitliyin hökm sürdüyü Avropa 3-cü dünya müharibəsinə hazır deyil.

Politoloqun sözlərinə görə, Krımdakı vəziyyət, ümmumiyyətlə Ukraynada baş verənlər növbəti böyük müharibəyə doğru gedir. Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyalar bunu daha da sürətləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol