Menu

"Rusiya əlindən gələni edəcək..." - Lavrovdan Qarabağ açıqlaması

14.12.2018, 14:09
"Rusiya əlindən gələni edəcək..." - Lavrovdan Qarabağ açıqlaması

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdardır".

“Report” xəbər verir ki, bunu Bakıda jurnalistlərlə görüşü zamanı Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov deyib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə “uzun və ətraflı” söhbət” etdiklərini diqqətə çatdıran rusiyalı nazir Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdar olduğunu vurğulayıb.

“Azərbaycanın və Ermənistanın yaxın tərəfdaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. Məsələnin həllinə bünövrə yaratmağa kömək edəcək kreativ fikirlər tapmağa çalışacağıq”, – nazir qeyd edib.

Rusiya xarici işlər naziri həmçinin Ermənistandakı seçkilərdən sonra yeni yaradılacaq höklumətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal təmaslara davam etməyə hazır olacağına ümidvarlığını da bildirib.

Şərhlər

Abit 2018-12-14 14:09:54

25 ildi deyirsen boş sözlerdi,başa düşülen deyil niye siz hell etmelisiz bu problemi sonrada minnet yüklemelisiz küreyimize,çekilin kenara görün nece hell edirik.Çünki sifet çizgilerinde o meqsedin görünmürdü

hellas 2018-12-14 14:09:54

Rusiya neçə illərdir ki, etdiyini etməkdə davam edcəkdir: yəni üç barmaq əməliyyatl (tyani vıydet)!!

EJDER 2018-12-14 14:09:54

MOLODES,KELENTERYAN BIZE SOZ VERIR.25 USTUNE 25 de GELIN...KEYF ELEYIN.ESAS INKIWAFDU.COCUQ MERCANLI BIZIMDI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol