«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko hesab edir ki, Rusiya 3 şeydən qorxur və oları sadalayıb. Bu barədə Prezident özünün «Tvitter» səhifəsində yazıb.
«Rusiya 3 şeydən qorxur: Birincisi, bizim həmrəyliyimizdən və birliyimizdən. İkincisi, Rusiya Ukraynada - Donbasda da, Krımda da və ya Azov dənizində də beynəlxalq birliyin iştirakına nifrət edir. Üçüncüsü, Putin Ukraynada Avropanın uğurlarına nifrətlə yanaşıb» - Ukrayna lderi belə hesab edir.
Bundan əvvəl, Poroşenko bildirib ki, Kerç boğazında Ukrayna gəmilərinə atəş açarkən, Rusiya «qırmızı xətti keçib». Onun sözlərinə görə, bu hərəkətlər cavabsız qalmayacaq, ancaq Kiyevin hazırdakı prioriteti Rusiya hərbçiləri tərəfindən saxlanmış dənizçilərin azalığa buraxılması məsələsindən ibarətdir.


Şərhlər
Özünə təsəlli vermə.Rusiya heç nədən qorxmur.