Menu

Rusiyadan 280 yük maşını Ukraynaya yola düşüb

12.08.2014, 10:27
Rusiyadan 280 yük maşını Ukraynaya yola düşüb

Rusiyadan humanitar yardımla dolu 280 yük maşını Ukraynaya yola düşüb.

Bu barədə avqustun 12-də «Itar-Tass» agentliyi məlumat yayıb. Moskvaətrafından yola düşən avtomobil karvanında ümumilikdə 2 min ton humanitar yardımın olduğu bildirilir.

Moskva vilayət administrasiyasının məlumatına görə, Ukraynanın cənub-şərqindəki insanlar üçün nəzərdə tutulan yardıma 400 ton yarma, 100 tondan çox şəkər, 62 ton uşaq yeməyi, 54 ton dərman preparatları, 12 min yatacaq və s. avadanlıqlar daxildir.

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri Jose Manuel Barrosoya deyib ki, Rusiya Ukraynaya Qızıl Xaç Təşkilatının rəhbərliyi altında «humanitar konvoy» göndərir.

Barroso isə Putinə xəbərdarlıq edib ki, Ukraynada birtərəfli, o cümlədən humanitar addımlardan çəkinsin.

Rasmussen avqustun 11-də səhər demişdi ki, Rusiya humanitar yardım adı ilə Ukraynaya müdaxilə edə bilər.

Rusiyanın xarici işlər naziri Lavrov avqustun 11-də iddia edirdi ki, Moskva ilə Kiyev humanitar yardıma razılaşıblar. «Çox ümid edirik ki, bizim humanitar aksiyanı qərbli partnyorlarımız dayandırmayacaq».

Ancaq Ukrayna prezidenti Poroshenko dedi ki, Kiyev yalnız beynəlxalq humanitar yardıma və Rusiya hərbisinin müşayiət etmədiyi yardıma razıdır.

/AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol