«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin hərbçiləri Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis əyalətindəki hərbi qruplaşmanı zirehli texnika ilə gücləndirir.
NTV telekanalının xəbər verdiyi kimi, zirehli texnika Suriya sərhədinə Prezident Rəcəb Tayyip Ərdoğanın terrorçuların Firat çayının şərqində hərbi əməliyyatları başlamağa hazır olması dair məlum bəyanatı fonunda cəmlənir.
Ankara Vaşinqtonu dəfələrlə Suriyanın şimal-şərqinə nəzarət edən terror təşkilatı olan YPG-yə silah göndərməkdə günahlandırıb. Bununla əlaqədar olaraq, Türkiyə hərbçiləri dəfələrlə Suriya ərazisində terrorçu kürd qruplaşmalarına qarşı hərbi əməliyyatlar keçirib.
Özünü Türkiyənin «strateji həmkarı» kimi qələmə verən, NATO xətti ilə Türkiyənin hərbi tərəfdaşı sayılan Amerika Birləşmiş Ştatları (ABŞ) reallıqda Suriyadakı sözügedən terrorçu qrupları silahlandırır və həm də onları Türkiyədən açıq şəkildə müdafiə edir.
Bəs, ABŞ-ın belə məsuliyyətsiz davranışına səbəb nədir? Səbəb sadədir - beynəlxalq sionizm ABŞ adlı dövlətin Tramp adlı prezidentinə belə «tapşırıq» verib...


Şərhlər