Menu

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

15.12.2018, 12:09
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol