Menu

Kürdlər ərəblərə qarşı, Türkiyə ordusu gəlir! – Mənbicdə gözlənilən “fırtına”

16.12.2018, 09:56
Kürdlər ərəblərə qarşı, Türkiyə ordusu gəlir! – Mənbicdə gözlənilən “fırtına”

Hakimiyyət - güclülərin verdiyidirsə və onlar tərəfindən dəstəklənirsə, ağlını itirir və hakimiyyətin gerçək mənbəyinin hüquq və azadlıqlarına məhəl qoymur.

Məhz belə mənzərəni ən azı, hüqui baxımdan Suriyanın bir parçası olan Mənbic şəhərində müşahidə etmək olar.

Silahlanmış və Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən dəstəklənən kürdlər öz ağalarının göstərişi ilə parktiki olaraq, açıq-aşkar Suriyanın şimalında yaşayan ərəb əhalini sıxışdırmağa başlayıblar.

Hazırda Mənbicdəki (Hələb əyalətinin Mənbic şəhəri - red.) ərəblər kürdlərin səyləri nəticəsində praktiki olaraq, bütün vətəndaş hüquqlarından məhrum ediliblər.

Son məlumatlara görə, şəhərlərdə ABŞ-ın köməyi ilə kürdlər hakimiyyəti tam olaraq ələ alıblar. Bunun sayəsində yerli ərəblər üçün elementar mülki-hüquqi fəaliyyətlərin həyata keçirilməsi qadağan edilib, Suriya qanunvericiliyi isə yeni «qaydalar»la («normativ-hüquqi aktlar»la) əvəz olunub - bu «qayda»ları kürdlər müəyyən və tətbiq edirlər. Belə ki, Mənbicdə kürdlərin qanunları «əkilir» və burada rəsmi Suriya qanunvericiliyinə və vətəndaşlığına sadəcə, yer yoxdur.

Buna sadə bir misal göstərmək yerinə düşərdi. «Mənbic hərbi şurası»nın qeyri-rəsmi sərəncamına əsasən, şəhərin ərəb əhalisi üçün vətəndaş vəziyyəti aktlarının həyata keçirilməsi qadağan olunub və şəhərdəki yeganə «ZAQS» elə həmin «rəhbərlik» tərəfindən bağlanıb. Bundan sonra ərəb kişilər və qadınlar rəsmi kəbin kəsdirə, uşaq doğa, yaxınlarının ölüm hallarını qeydiyyata aldıra bilmirlər. Bundan başqa, şəhərdə əhaliyə Suriya pasportlarının verilməsi də dayandırılıb.

«Məmbic hərbi şurası»nın fəaliyyəti sayəsində şəhərin ərəb sakinləri ən elementar mülki hüquqlardan məhrum edilib. «Tam hüquqlu Suriya vətəndaşı olmaq üçün nələri etmək və öz vətəndaş statusunu qanuniləşdirmək üçün nə etmək lazımdır?» - sualına «Şura» nümayəndələri onları ələ salmaqla yanaşı, şəhərdən çıxmağı təklif edirlər və bildirirlər ki, Hələbdə onları məmnuniyyətlə qeydiyyata alarlar.

Bu zaman həmin ərəblərdə xeyli maraqlı sual yaranır - Membicə qayıtmağa dəyərmi ki, burada ABŞ-dan hakimiyyət alan kürd xuntası ərəb sakinləri bütün hüquqlardan məhrum edir?

Kürdlər isə məhz buna ümid edirlər. Nədən ki, ərəbləri Məmbicdən zorla qovmaq Suriyada ərəblərə müharibə elan etmək demək olardı. Kürdlərə isə bu, lazım deyil...

Ancaq dövülməz şərait yaradaraq, belə etmək olar ki, hökumətin dəstəyindən məhrum edilmiş ərəb əhali özü şəhəri tərk edər. Təəssüf ki, etiraf etmək lazımdır - «Məmbic hərbi şurası»nın bu niyyəti həyata keçməkdədir. Bu günə rəsmi məlumat olmasa da, çoxsaylı xəbərlərə görə, bir çox ərəb ailələr öz evlərini tərk ediblər - hüquq və azadlıqlıqları Suriya qanunvericiliyi tərəfindən qorunan yaşayış məntəqələrinə köçüblər.

Hazırda ABŞ tərəfindən dəstəklənən kürdlər əsrlərlə yanaşı yaşadıqları insanlar üzərində kiçicik də olsa qələbə qazanırlar. Ancaq kürd liderlər anlayırlarmı ki, Məmbic olayları bu xalq ilə ərəblərin düşmənçiliyinə gətirib çıxaracaq? Artıq Rakka və Haseke əyalətlərində kürdlər və ərəblər arasında silahlı qarşıdurma özünü göstərməyə başlayıb. İndi etnik qruplar arasındakı belə düşmənçilik Suriyanın şimal-qərbinə də keçə bilər. Kürdlər və ərəblər arasında mübarizə isə ölkənin şimalını bütünlüklə bürüyə bilər - hər iki xalqa ölüm və dağıntılar gətirməklə...

Bu, kimlərə sərfəlidir? Ərəblərə? İnandırıcı deyil. Suriyanın ərəb əhalisi onsuz da artıq müharibələrdən yorulub. Kürdlərə? Bir tərəfdən - ola bilər. Ancaq böyük hesabla, bu xalqın sadə nümayəndələri özlərinin əzəli qonşuları ilə düşmənçilik istəmirlər. Belədə, kimə? Bu, Suriyada qanlı olayların dayandırılmasını istəməyən qüvvələrə sərfəlidir.

O qüvvələrə ki, müharibə və xaosun sayəsində bu ölkədə özünün qeyri-qanuni iştirakını mümkün edir. Onlar uzun illərdir ki, ən müxtəlif bəhanələrlə bu ölkəni işğal edir, onun sərvətini talayır, əhalisini qırıb-çatır!

Əgər Suriya kürdləri dayanıb da bir anlığa fikirləşməsələr - etnik qarşıdurmadan çəkinməsələr, onları xeyli dumanlı perspektiv gözləyir. O perspetiv ki, İŞİD-lə müharibə bunun yanında «kiçik toqquşma» sayıla bilər...

Onu da qeyd etmək yerinə düşər ki, Türkiyə yaxın günlərdə ABŞ yönlü kürd qüvvələrinə qarşı hərbi əməliyyat başlayacağını bəyan edib. Bu zaman maraqları tapdalanmış ərəblər də Türkiyə orlusunun tərəfinə keçə və YPG dəstələrinə arxadan zərbə vura bilərlər.

Mirzə AĞ

Şərhlər

Аyzek 2018-12-16 09:56:48

Minbicdəki vəzyyət Azərbаycаndаkı kimidir.

Türk 2018-12-16 09:56:48

Kürdlər həmişə xristyanların və ermənilərin əl altısı olaraq müsəlmanlara əsas da Türklərə arxadan zərbə vurmuşlar.

t.ədalət 2018-12-16 09:56:48

Kürdlər Yaxın Şərqdə və dünyada etibarını itirmiş bir qövmə çevriliblər.Bütün hərəkətlərinə haqq qazandırmağa çalışan,məqsədi üçün dinini və məssəbini erməniyə bulaşdıran kürdlər,artıq dünyanın dərd ağacına dönüblər.Ərəblərlə qarşı-qarşıya olmaq isə kürdlərin faciəsidir.İndi Şərqdə ermənilərdən başqa kürdlərlə həəmrəy olan qalmayıb..

Azad 2018-12-16 09:56:48

Yalan söyləyirsiniz.Orada demokratik bir cəmiyyət qurulub.Sadəcə olaraq Türk dövləti sərhədində belə demokratik dəyərlı bir cəmiyyətin qurulmasından rahatsızdır.Bir də ki, Ərdoğana hakimiyyətdə qalması üçün kimlərlə savaşmaq və yeni düşmənlər uydurmaq gərəkdir axı....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol