Menu

Yerdəki bütün buzlar əriyərsə... - NƏ BAŞ VERƏR?

18.12.2018, 08:46
Yerdəki bütün buzlar əriyərsə... - NƏ BAŞ VERƏR?

Yerdə bütün buzlaqların əriyəcəyi təqdirdə, dünya okeanının səviyyəsi 64 metr qalxar - təkcə şəhər və rayonlar yox, bütöv ölkələr belə su altında qalar!

NASA qeyd edir ki, Antarktidada buzlaqlar əriməyə başlayıb - o buzlaqlar ki, bundan əvvəl stabil olublar və qlobal iqlim dəyişikliklərinə reaksiya verməyiblər. Xüsusilə, Totten buzlağı kiçilməyə başlayıb.

Alimlərin hesablamalarına görə, əgər sözügedən buzlaq tamamilə əriyərsə, dunya okeanının səviyyəsi 3 metrdən artıq qalxar.

Şərqi Antarktidadakı buzlaqların - Andervud, Bond, Adams və Vanderford buzlaqlarının da hündürüyü azalıb. Xəbər verildyi kimi, onlar hər il hündürlüyün 25 santimetrini itirirlər.

Rusiya Elmlər Akademiyası (REM) Coğrafiya institutunda 1997-ci ildə dünyanın qar-buz resursları atlası nəşr olunub. Həmin atlasda o cümlədən, hipotetik bir variant da nəzərdən keçirilir: əgər planetin bütün buzları əriyərsə, dünya necə görkəm alar?

«Yer planetində buzun ümumi həcmi 26 milyon kubmetrdir. Bu, Yer suyunun 2,0 faizi deməkdir. Əsas kütlə Antarktida və Qrenlandiyada cəmləşib. Əgər bütün buzların əriyəcəyini fərz etsək (qeyd edim ki, elm hələlik bu cür fəlakətin baş verə biləcəyi variantına baxmır), o zaman dünya okeanının səviyyəsi 64 metr qalxmış olar».

Bir çox sahilyanı rayonlar su altında qalar. Bunlar ABŞ-ın şərq sahilləri və Kaliforniyanın əhəmiyyətli hissəsi, Niderland, Danimarkanın bir hissəsidir. Nyu-York, Yeni Orlean, London, Kopenhagen, Stoqholm, Qahirə, Buenos-Ayres, Sankt-Peterburqdur.

Rusiyanın Şimal paytaxtından başqa, Kolsk yarımadasının bir hissəsi və Qərbi Sibirin böyük əraziləri - Yamal yarımadası və ondan cənubda yerləşən toraqlar da su altında qalar...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol