Yaxın günlərdə Biləsuvar sərhəd–keçid məntəqəsində yeni terminal istifadəyə veriləcək.
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakain İRİNN televiziya kanalına müsahibəsində məlumat verib.
Səfir bildirib ki, İran və Azərbaycan arasında Dövlət komissiyasının Bakıda keçirilmiş 9-cu iclasında terminalın 24 saat işləməsi haqqında razılıq əldə edilib. Terminal işə düşdükdən sonra insanların keçid məntəqəsində ləngimələrinin qarşısı tamamilə alınacaq. Eyni zamanda yük və sərnişin avtomobillərinin də keçidi asanlaşacaq və vaxt itkisi aradan qaldırılacaq.
M. Pakain Azərbaycan ilə İran arasında əməkdaşlığın hər iki dövlət üçün faydalı olduğunu və gələcəkdə daha da genişlənəcəyini qeyd edib.
Səfir məlumat verib ki, yaxın günlərdə İranın gömrük administrasiyasının rəhbəri Masud Kərbasian Bakıya səfər edəcək.


Şərhlər