Menu

Türk vətəndaşları əsirlikdən azad edildi

12.08.2014, 19:19

davudogluLiviyada əsir düşmüş 3 türk vətəndaşı azad edilib.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu özünün Tvitter səhifəsində 24 iyunda qaçırılan Nazim Süpürgəçi və Əmrah Bahçəci ilə 21 iyundan sonra barəsində heç bir məlumat olmayan Nəcib Fazil Coşkunsu adlı üç türk vətəndaşının sərbəst buraxıldığını yazıb.

XİN rəhbəri bu ölkədəki baş konsulla az öncə əlaqə saxladığını və onların sağlamlığının yaxşı olduğunu qeyd edib:

“Vətəndaşlarımızı ən qısa müddətdə ölkəmizə gətirərək ailələrinə qovuşduracağıq. Vətəndaşlarımıza və onların bu çətin müddətdə mətanət göstərən ailələrinə bir daha keçmiş olsun deyirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol