Menu

Türkiyədə gəmi qəzaya uğrayıb - İçərisində Azərbaycan vətəndaşları da var

19.12.2018, 17:46
Türkiyədə gəmi qəzaya uğrayıb - İçərisində Azərbaycan vətəndaşları da var

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin məlumat verib.

Onun sözlərinə gör, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb: "Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb". /AZƏRTAC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol