Menu

Bakıda mənzildən 66 yaşlı qadının meyiti tapılıb

19.12.2018, 21:34
Bakıda mənzildən 66 yaşlı qadının meyiti tapılıb

Xətaidə mənzillərdən birində 66 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Starikova Olqa Artyomovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol