Menu

"Sumqayıt" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

19.12.2018, 22:47

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib. "Report"un məlumatına görə, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi "Neftçi"ni qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0. "Ağ-qaralar"ın heyətində 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib.

Beləliklə, səfərdə keçirdiyi ilk oyunda 2 cavabsız qolla qalib gələn "Sumqayıt" yarımfinala vəsiqə qazanıb və "Zirə"yə rəqib olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.

"Zirə" komandası 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol