Bu gün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilib.
Qurultayda təşkilatın hazırkı sədri Bayram Səfərov vəzifəsini tərk edib.
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.
Həmçinin icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçilib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.
Asif Cahangirov icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.
Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.
Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.
Bayram Səfərovun icma rəhbəri vəzifəsindən getməsi gözlənilməz olub. Belə ki, onun sədr postunu tərk etməsi son dövrlərdəki qalmaqallı açıqlamaları ilə bağlı olduğu ehtimal olunur.


Şərhlər
O və onun kimilər elə vəzifədə olmağı pozor idi. Milyonları var.
Gecikmiş qərardır.Bəs 25 ildir olmayan Şuşanın icra başçısı postundan niyə getməyib? Nə qədər Bayram havayı maaş və ayrılan büdcə yeyilməlidir?
Qarabqğ icmasının sədri vəzifəsində vətənpərvər savadlı,xarici dil bilən şəxs olmalıdır ki,lazım olanda sözünü deyə bilsin.Bayram Səfərov da qeyd olunanların hansı var siz qərar verin.
Başa salın görək icma deyiləndə nə nəzərdə tutulur?
Guya.tural. neyniyesidi.oda. bayram.müellimkimi.prezdent .aparatlnln.sözüyle. oturub.duracaq. nece.deyeller..(..keçel.hesen.ya.hesen.kevel)
Yeniazərbaycanda ad dəyişmə heç nəyi dəyişmir. Buna baxmayaraq yeni gələnin qədəmləri düşərli olsun, deyək.
Bir "buxanka" çörək dalınca getdi...
Xin-de “Beynəlxalq Hüquq və Münasibətlər İdarə” adlı idarə yoxdur.
Yəni bununla Bayramın matəmli günləri başlamış oldu. Demək olar ki, tezliklə icra başçısı postunu da təhvil verəcək.(Həzrətabbas haqqı hər dəfə bu Bayramı görənındə XAŞ yadıma düşür.)
MOLODES,BAYRAMA BUNDAN BELE BAYRAM MALIM ELMI IWLE MEWQUL OLAR.HESAB EDIREM KI,BAYRAM KIMI ALIMLERMIZLE DAHADA SURRETLI INKIWAF EDECEYIK VE 25 ILDE BAYRAMLARIMIZI WUWASIZ QEYD EDECEYIK...
BIRININ SU , DAVAR VOVBETI UST USTE DUWUR . FIKIRLEWIR KI NE ETSIN GEDIR BAWIN QOYUR YERE N YUXLUYUR VE BIRDE GOZUNU ACIR KI NOVBELERININ IKISI DE KECIB GEDIB INDI DK KENTDE DEYIRLER KI MEWEWERI YATDI APARDI INDI DE ..............
İndi məlum olacaq ki hakimiyyəti bu "görkəmli" nümayəndəsi dövlət büdcəsindən nə qədər mənimsəyibdir.
Bayram getdi..kim gəldi ki,..Və bunun nə mənası var.Qarabağ İcmasına Ə Kərimov,Tural Abbaslı kimi ötkəm insanlar lazımdır.Islən Şuşalı olan P.Bülbüloğlu niyə kənarda qalıb..Başından güllələnən atasının intiqamını almağa niyə can atmır...Şmotka alverçisini 20 il İcma rəhbəri seçənlərə isə söz tapmıram deyim..
BAYRAM KİMİLƏR İNDİ QARABAGDA QƏŞŞƏY EŞŞƏY TƏSƏRRÜFATI VARIYDI...
Tural bəyə uğurlar diləyirəm. İNŞALLAH gəlişi düşərli olar.