Menu

Nikol Paşinyan Rusiyaya gedəcək

20.12.2018, 15:54
Nikol Paşinyan Rusiyaya gedəcək

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında bildirib.

Ermənistanla münasibətləri necə bərpa etmək fikrində olduqları barədə sualı cavablandıran dövlət başçısı bildirib ki, aramızda uçub-dağılan, bərpa edilməli olan heç bir şey yoxdur: "Gələn həftə Nikol Paşinyan Moskvaya səfər edəndə bu məsələləri müzakirə edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol