AY DƏLƏDUZ, BU DA BÖHTANDIR?! – “Heç bilirsiniz, o alçaq məndən nələr tələb edir?!”
Keçmiş vəkil Aslan İsmayılov “yumurta mafiyası” ilə mübarizəsi çərçivəsində “Facebook”da yeni bir kampaniyaya başlayıb. Səhifəsinin izləyicilərinə müraciət edən hüquqşünas onun barəsində “hər gün yalan və böhtan yazanların” siyahısını paylaşaraq, sosial şəbəkə dostlarını seçim etməyə çağırıb: “Ya mənim dostluğumda qalın, ya da bunların”.
A.İsmayılov bu seçimi etmək üçün virtual dostlarına bir həftə vaxt verib. Onun “Haqqımda mütəmadi olaraq təhqir və şər-böhtan yazanların bu günə olan siyahısı” adı altında payşlaşdığı siyahıda isə 12 nəfərin adı var. Bu 12 nəfərdən biri də “AzPolitika”nın baş redaktorudur.
Təbii ki, A.İsmayılovun bu statusunun altında da söyüşün, təhqirin biri bir qəpikdir. Söyənlərin əksəriyyəti isə saxta profillərdir.
Çox ciddi psixoloji problemləri olan A.İsmayılovun bu çağırış-statusunda “AzPolitika”ya münasibətdə hansı dərəcədə böhtana yol verdiyini ən yaxşı elə saytımızın oxucuları təyin edə bilərlər. Əgər hər gün “AzPolitika”nın səhifələrindən bu adamla bağlı “təhqir və böhtan” oxuyurlarsa, deməli A.İsmayılov haqlıdır. Yox, A.İsmayılovun adını ayda, ildə bir dəfə görürlərsə...
Uzağa getməyə ehtiyac yoxdur, həqiqət “Google” axtarış sistemi qədər bizə yaxındadır. A.İsmayılovun adını yazın və düyməni basın, onda kimin böhtançı və xəstə olduğunu aydın şəkildə görəcəksiniz...
Son 3 ayda (oktyabr-dekabr) 2 məhkəmə xəbərini hesaba almasaq, A.İsmayılovla bağlı “AzPolitika”da cəmi 1 yazı yayımlanıb (ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldı). Bu yazıda isə A.İsmayılovla deputat Adil Əliyevin söz atışmasından bəhs olunur, hər iki tərəfin mövqeyi verilib. Bir daha qeyd edirik, 3 ayda cəmi bir yazı, o da balans gözlənilərək hazırlanıb.
Bəs bu böhtançı deyir axı hər gün yazırıq, özü də yazdıqlarımız da şər böhtan... Hanı, harda yazırıq?
Demək ki, A.İsmayılov bizim yazmağımızdan yox, əsl həqiqətdə YAZMAMAĞIMIZDAN narahatdır! Yuxarıda dedik axı, adam xəstədir, çox ciddi psixoloji problemləri var. “Məni hər gün söyün, təhqir edin, amma gündəmdən düşməyə qoymayın!” Budur A.İsmayılovun həyat devizi!
Bilənlər bilir, bizi şantaj etməyə cəhd edənə qədər A.İsmayılova səhifələrimizdə çox geniş meydan vermişdik. Müxtəlif məmurları hədəfə götürən açıqlamalarını çox vaxt manşetdən yayımlayardıq. Çünki çoxları kimi biz də zənn edirdik ki, adam haqq-ədalət carçısıdır - əzilənlərin, haqqı tapdalananların yanında durur. Hər dəfə açıqlamasını verdikdən sonra təşəkkür edər, bizə təriflər yağdırardı. Sonra da oğlu Ziyəddinin “Facebook” profilindən növbəti açıqlamasını göndərər, yayımlamağımızı xahiş edərdi...
Bir ara Bakının icra başçılarından birini hədəfə götürmüşdü. “AzPolitika”nın vasitəsilə adamı sözün əsl mənasında linç edirdi. Axırda icra başçısı dözmədi, zəng vurdu: “Mən hər səhər tezdən birinci “AzPolitika”nı açıb oxuyuram. Sizə böyük hörmətim var. Axı niyə belə edirsiniz? Heç bilirsiniz o alçaq məndən nələr tələb edir?!”
Bilmirik, hardan bilək?! Adam özünü əxlaq mücəssəməsi, şərəf dağarcığı kimi təqdim edir! Cümləsinin əvvəli millətlə başlayır, şərəf, ləyaqətlə davam edir, sonu ədalətlə bitir.
Biz də düşünürük ki, ölkədə məmur qudurğanlığının, talanın, ədalətsizliyin, əxlaqsızlığın baş alıb getdiyi bir dövrdə belə bir adama dəstək vermək boynumuzun borcudur. Daha hardan bilək ki, adam pul qazanmağın ən ləyaqətsiz formasını seçib – hüquqi dəstək üçün ona müraciət edən məzlumun üzərindən şantaj əməliyyatı həyata keçirir, qarşı tərəfi ictimai rəydə linç etməklə nələrəsə nail olur! Biz isə sadəlövhcəsinə bunun toruna düşərək, öz çirkin məqsədinə nail olmasına yardım etmiş oluruq. Kənardan da belə görünür ki, “AzPolitika” da bu işin içindədir...
Çox keçmədi ki, biz özümüz bu əxlaqsızın şantaj cəhdinə tuş gəldik. Azərbaycana damazlıq yumurta ixrac edən “Emre Piliç” adlı türk şirkətinin 30 faiz payla 2 ortağının erməni olduğu haqda xəbəri alıb, bu barədə yazmağa başlayanda A.İsmayılovun bu işin də içində olduğundan tam xəbərsiz idik. Elə birinci yazıdan sonra zəng vurdu: “Bilirsiz da, mən o şirkətin vəkiliyəm. Sizə bir cavab yazısı göndərmişəm, onu olduğu kimi yerləşdirin!” Az-çox hörmət bəslədiyimiz, davamlı tribuna verdiyimiz bir şəxsin belə əmr tonuna etiraz edəndə isə, o daha da azğınlaşdı: “Baxın da, olduğu kimi verməsəniz, sizinlə bağlı tədbir görəcəm!” Adekvat cavabını aldıqdan sonra şantaj cəhdini “Facebook”da davam etdirməyə cəhd elədi: “Mənə demişdilər bu “AzPolitika” reketdi, inanmamışdım. Sən demə belə imiş...” Bundan sonra təbii ki, layiq olduğu münasibəti görməyə başladı.
“AzPolitika”da Aslan İsmayılovla bağlı tənqidi yazını oxuyan bir türk iş adamı – bunun tərəfindən aldadılmış Hızır Ekşi bizə telefon açanda isə bu vəkillə bağlı icra başçısının zəngindən sonra yaranan şübhələrimiz daha da qüvvətləndi – ADAM CİLD DƏYİŞDİRMİŞ ŞANTAJÇI VƏ DƏLƏDUZDUR! Məlum oldu ki, A.İsmayılov oğlu Vaqifi də özünün dələduzluq əməliyyatına cəlb edərək Hızır Ekşinin 40 min dollar pulunu mənimsəyib, bu günə qədər geri qaytarmır!
Bir halda ki, A.İsmayılov böhtançılıq mövzusunu ictimai müzakirəyə çıxarıb, biz də bütün digər ittihamları bir kənara qoyaraq, türk iş adamı Hızır Ekşinin açıqlamalarının yer aldığı yazını yenidən təqdim edərək, qiymət verməyi dəyərli oxucularımızın ixtiyarına buraxırıq. Sual isə belədir: “AY DƏLƏDUZ, BUNLAR DA BÖHTANDIR?”
“TAM BİR SAXTAKAR VƏ DOLANDIRICIDIR!” – Aslan İsmayılovdan şok etiraf
A.İsmayılovun bəzən heyrət doğuran belə hədsiz aqressivliyini başa düşmək isə həqiqətən də çətindir. Axı nə baş verir ki, o, bu qədər özündən çıxır, əsəbləri gərilir, özünü ələ ala bilmir, söyür, hədələyir, təhqir edir?… Bir azərbaycanlı iş adamı ilə bir türk iş adamı bir neçə ilə ticarət ediblər, ayrılanda aralarında mübahisə düşüb. İndi iş gedib məhkəməyə çıxıb. Türk iş adamı vəkil kimi Aslan İsmayılovun hüquqi xidmətlərindən yararlanmaq qərarı verib. Bu qədər sadə!
Lakin nə işdirsə, A.İsmayılova belə gəlib ki, türk iş adamına təkcə hüquqi xidmət göstərməklə kifayətlənmək olmaz. Məqsədə çatmaq üçün istənilən vasitə məqbuldur. Məqsəd də ki, qaranlıq…
Diqqətli oxucular fərqində olar ki, A.İsmayılov ilk gündən “dələduz”, “mafiya babası”, “cinayətkar” deyib, yapışıb Mürvət Həsənlinin yaxasından. Arada M.Həsənliyə tribuna verən KİV-ləri, o cümlədən “AzPolitika”nı da qamçıladı. İndi də hər fürsətdə bizi söyür, yamanlayır və ən yaramaz böhtanları danışır.
BƏS, ƏSLİNDƏ ƏSL DƏLƏDUZ KİMDİR?
A.İsmayılov son 2 ayda, bəlkə 50 dəfə M.Həsənlinin ünvanına dələduz kəliməsini işlədib. Və hər dəfə də M.Həsənlini ittiham etdikdən sonra özünü xalqın taleyini düşünən, dürüst, vicdanlı, vətənpərvər, haqqsevər və xalqsevər biri kimi cəmiyyətə sırımağa cəhd edib. Deyib ki, guya türk iş adamının müdafiəsinə məhz bu ali dəyərlərə dərin hörmətindən, xalqın maraqlarını güdməsindən dolayı qoşulub. İnsafla danışsaq, bir xeyli adamı buna inandıra da bilib.
Lakin məsələ ondadır ki, ətrafa dələduz ittihamlarını yağdıran Aslan İsmayılovun özünün başqa bir türk adamına 40 min dollar atdığını ehtimal etməyə əsas verən dəlillər ortaya çıxıb! “AzPolitika” bu barədə ilkin məlumatın izinə düşüb və məlumat, birinci mənbənin dilindən öz təsdiqini tapıb. Beləliklə, Türkiyə vətəndaşı, iş adamı Hızır Ekşi “AzPolitika”ya açıqlamasında Aslan İsmayılov tərəfindən dolandırıldığını, 40 min dollarının mənimsənildiyini bildirib. Türk iş adamı əməkdaşımızla söhbətə belə başlayıb:
“Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”
Hızır Ekşi ilə sonrakı söhbətdən belə məlum oldu ki, təxminən 2 il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A.İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A.İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb. Türk iş adamının dediklərindən:
“Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda pulu geri verəcəyəm, işi düzəldə bilmirəm dedi. Amma pulu geri vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda vəkiləm deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik.
Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində. Onu Gürcüstana göndərdi. Pulu ona verdik. Yəni tam bir dolandırıcı saxtakar.
Türk millətçisiyəm deyir, o da yalan. Ermənilərlə iş tutur, həm burda, həm orda. Yalandan bir kitab yazmış, onunla milləti bağlayır. Biz də o yazdığı kitaba inanaraq, düzgün adam bildik. Bütün türk iş adamlarını o kitabla tovlayır. Öncə onlardan bir 1000 avro alır, mən 1000 avroya çalışıram deyə, işin içərisinə salır, arxadan qalan pulu istəyir. Bizə də eyni şeyi elədi. Özünə də dedim, əlimizdə də sənəd-sübut olmadığı üçün onunla çox da məşğul ola bilmirik…”
Hızır Ekşi deyir ki, A.İsmayılovu son dəfə Bodrumda görüb. Bundan 2-3 ay sonra telefonla zəng edib. Lakin sonradan telefon zənglərinə də cavab verməyib, ancaq “Vatsap”la yazışa biliblər. Türk iş adamı A.İsmayılovla sonuncu “Vatsap” yazışmasını da bizə göndərdi. Yazışmanı olduğu kimi təqdim edirik:
Hızır Ekşi: “Aslan sahtekarı. Cuma gününe kadar benim 40 000 usd paramı ben sana nasıl gönderdiysem. Öyle gönder. Yoksa bu parayı çok farklı şekillerde ödersin. Gerek Amerika’da gerek Münih’te alacağım. Hukuk.
Aslan İsmayılov: “Oglanlarimla meni tehdid edirsense yalnish yoldasan. Ikiqat bedelini odersen. Menı tehdıd etme. Senden farklı olaraq men kışıyem. Dedıyım sözün de sahıbıyem. Paraları verdıyın Paatadan almaq üçün para vermış kışının ıfadesı lazım. Bu qeder. Bır daha menı tehdıd etmeye qalxma”.
Hızır Ekşi: “Şerefsiz ben parayı senin oğlun vakıfa senin sözüne istinaden verdim. Kime verdiysem ondanda almasını bilirim bu sana son sözümdür. Ben pata diye kişiyi tanımam pata senin arkadaşın. Şunu da iyi bil seni Azerbaycan’da sahtekarlıktan dolayı içeri attıracağım. Hapiste de ziyaretine geleceğim”.
Aslan İsmayılov türk iş adamından 40 min dolları alıbmı, niyə alıb, Gürcüstan məhkəməsindəki işi 40 min dollarla necə həll edəcəkdi, Paata deyilən adam kimdir, oğlunu bu işlərə alət edibmi, pul kimə çatıb, geri qayıdacaqmı, bütün bunlar dələduzluq sayıla bilərmi… Bu suallara, əlbəttə ki, gərək Aslan İsmayılov özü cavab versin.
Ən əsas sual: Necə olur ki, bir türk iş adamına borclu qalan dələduz, başqa bir türk iş adamına 40 min dollar atan isə vətənpərvər və dürüst adam olur? Bu nə hikmətdir?
Beləliklə, əvvəldəki sualı bir daha təkrarlayır və açıq saxlayırıq: ƏSL DƏLƏDUZ KİMDİR?!
***
Vəkil Aslan İsmayılov türk iş adamı Hızır Ekşinin dələduzluq ittihamına cavab verib. O, “Facebook”da paylaşdığı açıqlamasında bir tərəfdən ittihamları rədd etsə də, digər tərəfdən Hızır Ekşinin “təsadüfən Gürcüstanda istirahətdə olan” oğlunun iştirakı ilə hansısa Paataya 40 min dollar verməsini təşkil etdiyini etiraf edib. A.İsmayılov yazır:
“Bəli, Hızır adlı birisini tanımışam. Onun haqqında mənə Bakıda yaşayan, daim “Mozart” kafesində nahar edən vaxt gördüyüm və tanıdığım Sedat adlı bir türk xahiş edib. Bu böhtançının Halil adlı qardaşı Gürcüstanda cinayət törətdiyinə görə İnterpol tərəfindən axtarışda olub. Gürcüstandakı əməllərini Bakıda da davam etdirmək üçün Bakıya gələndə Hava limanında İnterpolun axtarışı əsasında saxlanılıb. Hansı yollasa bunu bir günlük işini qaydasına qoymaq üçün azad ediblər.
Sedatla birlikdə yanıma gələn Halil türk olduğuna görə ona qarşı haqsızlıq edildiyini, qanunsuz olaraq axtarışa verildiyini bildirdiyindən bu işlə ciddi məşğul olub, onun Gürcüstana deyil, Türkiyəyə göndərilməsinə nail oldum. Az müddət sonra Hızır Bakıya gəlib mənimlə görüşdü və mənə minnətdarlığını bildirdi. Dərhal da Sarbon universitetini bitirdiyini, orada çoxlu dostlarının olduğunu, «Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı» kitabımı oxuduğunu, onun bütün türk dünyası üçün çox gərəkli olduğundan kitabı fransız dilinə tərcümə etdirib elə Fransada çap etdirib yayacağını dedi. Bu dələduzun kitabla bağlı dedikləri məni çox maraqlandırdığından gördüyüm iş üçün mənə təklif etdiyi qonorardan da imtina etdim. Onu yanındakı insanlarla birlikdə restorana dəvət etdim. Demək olar ki, gün ərzində bir yerdə olduq…
Bunun kitabı çap etdirib Fransada yayacağına əmin olduğumdan, özüm onun qardaşının Gürcüstandakı işinə də kömək edəcəyimi bildirdim. Buna səbəb isə Gürcüstanda ən yüksək vəzifıədə təmsil olunan bir çox şəxslərlə, o cümlədən həmin dövr Parlamentin sədri olan David Usubaşvili ilə 1996-cı ildə Budapeştdə uzun müddət bir yerdə kurslarda oxumağım idi. Təxminən bir, ya iki gün sonra Budapeştdə mənimlə oxumuş, vaxtilə Tbilisi Dövlət Universitetinin professoru olmuş Paata Tsonobeladze Gürcüstan Konstitusiya Komisiyyasının üzvü kimi Bakıya rəsmi səfərə gəldi. Bir neçə gün mənim qonağım oldu, «Austin» hoteldə qaldı. Paata problemin həlli üçün Ekşigildən kimlərinsə Tbilisiyə, onun yanına gəlməsini istədi. Hızırla danışdıqda onların Tbilisidə nümayəndələrinin olduğunu və baş verənləri Paataya anladacağını dedi. Elə də oldu. Paata mənə zəng edib problemin nə olduğunu bildiyini, cinayət işinin şişirdilmiş olduğu və həll edəcəyini bildirdi. Bildirdi ki, bunun üçün axtarış ləğv olunmalı və Halil Tbilisiyə gəlib ifadə verməlidir. Əlavə olaraq dedi ki, qanuna görə Gürcüstanda məhkəmə hesabına 40 min dollar (bu qədər edəcək gürcü valyutası – lari) yatırılması vacibdir. Hızır bir nəfəri həmin məbləğlə Tbilisiyə göndərdi və həmin türk pulu əlbəəl Paataya verdi.
Bu şərəfsizdən fərqli olaraq mən etiraf edirəm ki, Hızıra Paataya özüm kimi inandığımı və ona şübhə etməməsini bildirmişəm. Pulu qəbul edən kimi, Paata mənə zəng edib təxminən bir həftəyə axtarışın götürələcəyini dedi. Az sonra zəng edəndə Paata avtoqəzaya düşdüyünü bildirdi. Bir müddət sonra isə ümumiyyətlə telefonlarıma cavab vermədi. Bu müddət ərzində Hızırla demək olar ki, hər gün danışırdıq. Söhbət də əsasən kitabın fransız dilinə tərcüməsindən və çapa hazırlıq işlərindən gedirdi. Paatanın məni aldadacağını heç vaxt ağlıma belə gətirmirdim. Bakıda olarkən son gün mənim evimdə Paata ilə birlikdə Gürcüstanda tanınmış alman şirkətinin nümayəndəsi İrina adlı xanım da olduğundan onu axtarıb Paatanı tapmasını istədim. Elə bu vaxtlar Paatanın Rusiyanın NTV kanalında Saakaşviliyə qarşı geniş bir çıxışını şəxsən dinlədikdən sonra özüm Tbilisiyə getdim. İki gün ərzində onun hansısa problemlərə bulaşdığını və gizləndiyini öyrəndim. Dəfələrlə Paatanın evində, o mənim evimdə qonaq olduğundan bu şərəfsiz Hızıra hadisəni söyləyib pulu tapıb istədiyi vaxt istədiyi yerə göndərə biləcəyimi dedim. Əvəzində o, «Aslan abi, bu paralar mənim üçün heç nədi, Siz çalışın qardaşıma kömək edin» dedi. Bundan sonra Tbilisiyə gedib əvvəllər polis rəisi olmuş dostum Yasin müəllimin vasitəsi ilə ofisi Rustaveli prospektində yerləşən Ramaz Kvirikiya adlı çox tanınmış bir vəkil tutub, qonorarını öz cibimdən ödədim. Halilin işi ilə bağlı bir neçə tikinti, texniki, mühasibətlik ekspertizaları keçirildi və bir çox epizodlar ittihamdan xaric edildi. Halilin işi ilə bağlı dostum mənim tutduğum vəkillə bərabər Türkiyə Gürcüstan sərhəddinə gedib onunla da görüşüblər. Ondan da pulu Paataya verən türkün gəlib ifadə verməsini istəyiblər. Bu müddət ərzində bir nəfər millət vəkili gəlib Hızırın Türkiyə dövlət xadimləri adından onun 500 min ABŞ dollarını alıb aldatdığını dedi. Elə həmin şəxsin yanında Hızıra zəng edib məsələni araşdırdıqda Hızırın həqiqətən bir dələduz olduğunu bildim və ona irad tutdum. Bundan sonra münasibətlərimiz pozuldu. Buna baxmayaraq, yenə Halilin işi ilə məşğul idim. Bu şərəfsizdən fərqli olaraq, mən kişiyəm və Paata ilə tanış etdiyimin məsuliyyətini daşıyırdım. Mürvət işi ortaya çıxandan sonra bu bir dəfə mənə zəng edib yüksək tonla danışdıqda, məni Paata ilə əlbir olmaqda ittiham etdiyinə görə cavabını aldı. Bu söhbətdən bir gün sonra, haqqımda pis fikir belə olmasın deyə Tbilisiyə gedib vəkil R.Kvirikiyadan hadisənin necə olması, Paatanın fırıldağı barədə prokurorluğa müraciət etməsini xahiş etdim. İşin uzanmasının yeganə səbəbi həmin şərəfsizin pulu Paataya kimin vasitəsilə verməsini bilməməyimdir.
Oğlumun adını bu işə qatmaq tam nakişilikdir. Oğlum Tbilisidə istirahətdə olarkən ondan bu şərəfsizin adamını Paata ilə tanış etməsini xahiş etmişəm. Yazışmaya gəlincə isə, Azpolitika.info aramızda olan yazışmanın bir hissəsini qoyub. Elə o hissə də nəyin necə olduğunu göstərir. Yazışmanın hamısını versəydilər daha maraqlı və aydın olardı. Bu haqda olan bütün sənədləri yaxın zamanlarda Sizə təqdim edəcəm”.
Göründüyü kimi, başdan ayağa nağıl! Əslində isə tərtəmiz fırıldaq və dələduzluq!
Türk iş adamı nə Paata tanıyıb, nə də bir başqasını. Pulu da, Aslan İsmayılovun özünün də etiraf etdiyi kimi, onun oğluna verib. Oğlu da Paata deyilən birinə verib, ya verməyib, burası artıq önəmli deyil. Bu pul, Aslan İsmayılov nə qədər “məhkəmə rüsumu”-filan deyə, maskalamaq istəsə də, türk iş adamından onun qardaşının problemini həll etmək üçün rüşvət kimi alınıb! Bəli, məhz rüşvət kimi! Əks halda, Aslan İsmayılov pulu Hızır Ekşidən oğlunun vasitəsilə əlbəəl almaz, ona Gürcüstan məhkəməsinin müvafiq hesabını təqdim edər və pulun həmin hesaba yatırılmasını tövsiyyə edə bilərdi. Lakin belə etməyib, oğlu Vaqifi pulun dalıca Gürcüstana göndərib. Ola bilsin ki, pulun müəyyən hissəsini həqiqətən də Paata deyilən şəxsə verib. Lakin bu nəyi dəyişir? Aslan İsmayılovun qara işlərlə məşğul olduğunu istisna edirmi? Etmir!
Ən əsas məsələ. Tutaq ki, Paata deyilən şəxs, həqiqətən də Aslan İsmayılovun etibarından istifadə edərək, pulu atıb. Belə olduğu halda türk iş adamının pulunu kim qaytarmalıdır? Aslan İsmayılov qaytarmalı deyilmi? Bəs niyə qaytarmır və üstəlik, həyasızcasına çıxıb ona hər cümləsində “şərəfsiz” deyə təhqir edir. Deyək ki, o vaxt Hızır Ekşi Aslan İsmayılovun “pulu qaytarım” təklifinə mənfi cavab verib. Lakin azı 1 ildir ki, pulunu tələb edir axı! Hələ 1 il əvvəl (Bəlkə də belə dələduzluq yolu ilə əldə olunmuş pullarla-red.) Bodrumda kef edəndə, adamla üz-üzə gəlib. Hızır Ekşi pulunu tələb edib. Verəcəm, deyə aradan çıxıb. Bu 1 ildə Aslan İsmayılova nə mane olub ki, müxtəlif vədlərlə aldatdığı adamın pulu geri qaytarsın və işi həll edə bilmədiyinə görə üzrxahlıq etsin?
Bütün bunlar onu göstərir ki, dəqiqə başı “şərəf-şərəf” deyə bağırmaqla, İNSAN ŞƏRƏFLİ OLMUR!
Bir türk iş adamının “qardaşının problemini həll edəcəm” deyə, oğlunu da alət edərək, 40 min dollarını ələ keçirib 2 ildir qaytarmamaq, üstəlik də çıxıb şərəfdən, düzgünlükdən dəm vurmaq, etiraf edirik ki, belə “ŞƏRƏFLİ İŞİ” Azərbaycanda yalnız Aslan İsmayılov edə bilərdi!
"AzPolitika"
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Saytinizdan Azerbaycanin Aslan Ismaylov kimi ziyalisina qarsi ,,seyidehmed,,kimi istifade olunur. Hayif...
.....Aslana qarşı hansı ``sürprizlər`` hazırlanır.AzPolitikanın mövqeyi isə heç aydın deyil.Aslanı həyatda heç vaxt görməmişəm.Ancaq kifayət qədər prinsipal ,obyektiv olmasına şübhəm yoxdur.
Bu yazınızda məsələni necə təqdim etməyinizdın asılı olmayaraq, A.İsmayılova qarşı münasibətiniz göz qabağındadır.Səbəbini isə bir Allah bilir, bir də özünüz....
AZ, POLITIKADA HAMI KIMI ......LUKAWENKO CANI
Azp, bir vaxtlar mən də yazılarınızı səmimi olaraq qəbul edirdim.Və o vaxtdan beynimə yazılmış "xəbər yalnız Azp-dan oxunar" fikrinə əsasən bugün də xəbəri məhz bu saytdan oxuyuram, amma artıq səmimiyyətinizə inanmadan. bütün yazıdan, necə məqsədli olaraq fikirləri yönəltməyiniz açıq aşkar hiss olunur. Mən A.İ-ni şəxsən tanımıram, ola bilsin ki, o dediyi qədər ideal millətsevər, vətənpərvər biri deyil, bundan pul qazanmaq üçün istifadə edib, amma siz də sudan çıxma ağqaşıq deyilsiniz. Mən buna əmin olmuşam
Bu intriqalarda ən maraqlısı odur ki İcra başçılarından nəsə qopara bilir.Hamının heyfini çıxır İH heç vaxt heç nəyi elə belə həll etmir
Mənim bu meşşan məmurlardan,deputatlardan heç də xoşum gəlmir.Ancaq onu da deyim ki, bu Aslan da heç də onlardan yaxşı adam deyil. Bilmirsən nə dinə qulluq edir
Yeni dövr Azərbaycan informasiya məkanında Azpolitikanın xidmətlərini, ciddi informasiyalar təqdimedicisi və azad fikirlərə geniş şərait yaratmasını görməzliyə vurmaq haqsızlıqdır. Səmimi qeyd edirəm ki, mən gün başlayan kimi,ilk olaraq Azpolitikaya baxmasam, bütün məlumatlarını nəzərdən keçirməsəm boşluq hiss edirəm. Sonra digərlərinə. Bu reallıqdır ki, ən geniş və mümkün düzgün informasiyalar Azpolitikadadır. Aslan (əslində siçan) kimdir ki, onun fikirlərini kimsə ciddiyə ala.