Menu

Dağıstan hökuməti sədrinin müşaviri ölü vəziyyətdə tapılıb

21.12.2018, 15:19
Dağıstan hökuməti sədrinin müşaviri ölü vəziyyətdə tapılıb

Rusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviri Andrey Afonin bu gün Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyinə istinadən "İnterfaks" bildirib.

Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.

Öz növbəsində, "Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol