Menu

Vatikandan İŞİD açıqlaması: Atatürkün son qoyduğu xəlifəlik ...

13.08.2014, 09:30

İŞİD-in-hədəfində-Azərbaycan-da-var-400x300Vatikan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqın şimalında yezidilərə qarşı hücumlarını və xristianların yaşadıqları ərazidən qovulmasını şərh edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri, kardinal Jan-Lui Tauranın adından yayılan açıqlamada dünyadakı bütün dinlərin nümayəndələrindən bu barbarlığın pislənilməsi istənilib.

“Bütün dünya müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün 29 Oktyabr 1923-cü ildə son qoyduğu xəlifəliyin yenidən dirçəldilməsini heyrətlə izləyir”, -açıqlamada deyilir.

Əsrlərdir, müsəlmanlar və xristianların birlikdə yaşamaq mədəniyyətinə sahib olduğunu vurğulayan Tauran xüsusilə son illərdə iki din arasında əlaqələrin dərinləşdiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol